Paytaxtın polis orqanlarında kadr dəyişikliyi başladı

Paytaxtın polis orqanlarında kadr dəyişikliyi başladı

4 Noyabr 2011 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın polis idarələrində kadr dəyişiklikləri gözlənilir. "Qafqazinfo"nun məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov tutduğu vəzifədən azad edilərək bir neçə gün əvvəl təqaüdə göndərilmiş Suraxanı rayon Polis İdarəsinin rəisi Etibar Qazıbəyovun yerinə təyin edilib.

Xəzər rayon Polis İdarəsinin rəisi Musa Musayev isə vəzifəsi dəyişdirilərək Nəsimi RPİ-yə rəis təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bu barədə əmr olmadığını bildirsə də, təyinat olan rayon polis idarəsindən faktı təsdiqlədilər.

Toplananların yerini dəyişəndə cəm dəyişmir...

Hafiz Əhmədov

O.M.