Azərbaycanda dağda yoxa çıxan alpinistlərin axtarışı davam edir

Azərbaycanda dağda yoxa çıxan alpinistlərin axtarışı davam edir

27 Dekabr 2017 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Gilavar Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.

Mediainfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, alpinisttlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib.

DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb.

***

Klubdan "Qafqazinfo"ya bildirilib ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.

Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.

Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.