Ət yeyən bakteriya həyacanı: Yüzlərlə insan infeksiyaya yoluxdu...

Ət yeyən bakteriya həyacanı: Yüzlərlə insan infeksiyaya yoluxdu...

26 Dekabr 2017 16:08
172
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada, xalq arasında "ət yeyən bakteriyalar" kimi tanınan A Qrup "Streptokok" bakteriyasına ölkə daxilində yüzlərlə insan yoluxub.

Ölkə daxilində 525 nəfəin bu bakteriyaya yoluxduğu açıqlanıb.

Paytaxt Tokioda 66 nəfərə yoluxan və xalq arasında "ət yeyən bakteriya" kimi tanınan infeksiya xüsusilə uşaqlar arasında geniş yayılıb.

Həkimlər bakteriyanın ölümcül ola biləcəyini və xüsusilə ayaq və əllərdə ağrı və şişkinlik formasında yarandığını deyiblər. Həmçinin bakteriyanın əzələ toxumalarının ölümünə yol açaraq bədəndə yayılmasına və orqan çatışmazlığına səbəb olacağını da bildiriblər.moderator.az