Güclü külək Göyçayda fəsad törətdi: damlar uçdu, maşınlar əzildi

Güclü külək Göyçayda fəsad törətdi: damlar uçdu, maşınlar əzildi

26 Dekabr 2017 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən səhər saatlarından başlayaraq əsən güclü külək bu gün yenidən Göyçayda fəsadlar törədib, dağıntılara səbəb olub.

Qasırğa bu gün səhər saat 6:00 radələrində Göyçay şəhərində 10-a yaxın hündür mərtəbəli yaşayış binasının dam örtüyünü qopararaq yerə salıb.

Hadisə nəticəsində dəmir dam örtükləri binaların yanında dayanmış minik avtomobillərinin üzərinə düşüb. Ümumilikdə 5 ədəd minik avtomobili əzilib. Avtomobil sahiblərinə xeyli maddi ziyan dəyib. Həmin vaxt ərazidə adam olmadığı üçün xəsarət alan olmayıb.