Bakıda marşrut avtobusu ağır qəza törətdi

Bakıda marşrut avtobusu ağır qəza törətdi

26 Dekabr 2017 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.

Nərimanov rayonu Ağa Nemətulla küçəsində (metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi "Daevoo" markalı 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.

Məlumata görə, qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.lent.az