Rəhim Qazıyev polis tərəfindən saxlanılıb

Rəhim Qazıyev polis tərəfindən saxlanılıb

26 Dekabr 2017 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev saxlanılıb.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə "Report"a onun dostu, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Ə.Zeynallı bildirib ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: "Onun hansı səbəbə görə saxlanılması barədə bizə məlumat verilmədi. Dedilər ki, bölməyə sabah gələk. Bu gün 17-ci Polis Bölməsinə gedəcəyik".

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.