Ermənistan Ordusu atəşkəsi pozdu

Ermənistan Ordusu atəşkəsi pozdu

4 Noyabr 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susdurulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 3-də saat 16.35-dən 16.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15.50-dən 16.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

Düşmən susdurulub, amma susmayıb...

Hafiz Əhmədov

O.M.