Salyanın mərkəzində vəhşi çöl pişiyi tutuldu

Salyanın mərkəzində vəhşi çöl pişiyi tutuldu

25 Dekabr 2017 14:49
196
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində nadir hallarda rast gəlinən vəhşi çöl pişiyini görən yerli sakinlər xeyli təəccübləniblər.

Vəhşi heyvanı küçədə görən sakinlər onun kiməsə xətər yetirməsinin qarşısını almaq üçün tutmaq istəsələr də, bu, mümkün olmayıb.

Sonradan hadisə yerinə toplaşaraq vəhşi heyvanı təqib edən şəhər sakinlərindən biri heyvanın üzərinə tor ataraq tutmağa müvəffəq olub.

Çöl pişiyinin Salyan düzündən keçərək şəhərə gəldiyi ehtimal olunur.

Qeyd edək ki, çöİ pişiyi - pişikkimilər fəsiləsindən olub yırtıcı və məməli heyvan cinsidir. Aralıq dənizi sahilboyu ölkələrdə, Orta Asiyada və Azərbaycanda yayılmış çöl pişiyi ev pişiyinin əcdadı olub.

Azərbaycanda çöl pişiyinə Naxçıvan MR-nın Araz çayı vadisində, Muğan və Salyan düzənliklərində rast gəlinir.