Rusiyada dəhşətli qəzada azərbaycanlı ata və oğul həyatını itirdi

Rusiyada dəhşətli qəzada azərbaycanlı ata və oğul həyatını itirdi

25 Dekabr 2017 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Saxalin vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 azərbaycanlı ölüb.

Hadisə ötən şənbə günü günorta saatlarında baş verib. Belə ki, azərbaycanlı ata-oğulun içində olduğu "Toyota Kluger" markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. Cənubi Saxalindən Nevelksə hərəkət edən avtomobili oğul idarə edirmiş. Onu yuxu tutduğundan yolun kənarında park vəziyyətində olan avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüblər. Onların şəxsiyyətləri müəyyənləşdirilir.

Azərbaycanlıların meyitləri hazırda Cənubi Saxalindədir və dəfn olunmaq üçün vətənə göndərilmələri üçün hazırlıq görülür.(apa)