Bakıda yaşayış evi partladı: yaralı var, sakinlər təxliyə olunub

Bakıda yaşayış evi partladı: yaralı var, sakinlər təxliyə olunub

23 Dekabr 2017 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yaşayış evində partlayış baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində yanğın baş verməyib.

Partlayışın təsirindən mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.

Partlayış zamanı ev sahibi yanıq xəsarətləri almış və ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.

20 nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur.

Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.