Rusiya xarab təyyarələrini İrəvana verir

Rusiya xarab təyyarələrini İrəvana verir

22 Dekabr 2017 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ermənistanı məcbur edir ki, "Suxoy Superjet 100" təyyarələrini alsın.

Bu barədə məlumatı "Joxovurd" qəzeti yayıb.

"İrəvan yeni milli aviaşirkətinin yaradılmasıyla bağlı Rusiya ilə danışıqlar aparır. Rusiya tərəfi şərt irəli sürüb ki, yeni aviaşirkət yalnız Rusiya istehsalı olan "Suxoy Superjet 100" təyyarələrindən istifadə edəcək. Bu təyyarələrin ciddi texniki problemləri olur. Bir çox aviaşirkətlər bu təyyarələri aldıqdan sonra onu texniki problemlər ucbatından istismardan çıxarıblar. İndi Ermənistan məcburdur ki, onları alsın", – deyə qəzet bildirib.Axar.az