Həcc ziyarətində terror aktı baş verdi

Həcc ziyarətində terror aktı baş verdi

2 Noyabr 2011 16:51
Bəyəndim (0) Bəyənmədim (0)
Partlayış nəticəsində 2 nəfər britaniyalı zəvvar öldü, 70 nəfər yaralandı

Səudiyyə Ərəbistanında Britaniya zəvvarlarının avtobusunda partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər britaniyalı zəvvarın öldüyü, 70 nəfərin isə yaralandığı bildirilir. Partlayış zəvvarlarla dolu avtobus Ciddə hava limanından Məkkəyə istiqamət götürdükdən bir neçə dəqiqə sonra baş verib. Hadisənin terror aktı olduğu ehtimal olunur. Ölənlərin ər və arvad olduğu bildirilir. Zəvvarlar Həcc ziyarətini həyata keçirmək üçün Britaniyanın Brimingem şəhərindən yola çıxıbmışlar.

Müqəddəs məkan şəhidlərin əbədi mənzilinə çevrildi...

Hafiz Əhmədov

O.M.