ABŞ Kərimovun qızına sanksiya tətbiq etdi

ABŞ Kərimovun qızına sanksiya tətbiq etdi

21 Dekabr 2017 22:58
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı "Maqnitski siyahısı" çərçivəsində sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında informasiya verilib. Məlumatda bildirilib ki, Kərimova müxtəlif cinayətlər həyata keçirən sindikata rəhbərlik edib. Bu cinayətlərə şirkətlərin ələ keçirilməsi, bazarların monopoliyaya alınması, rüşvət və reketlik daxildir.

Qeyd edək ki, "Maqnitski aktı" 2012-ci ilin dekabrında qəbul edilib. Akt "Firestone Duncan" şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlılığı olan və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir. "Maqnitski siyahı"sına daxil edilən şəxslərin bir qayda olaraq ABŞ-a gəlmələrinə qadağa tətbiq olunur, ABŞ-dakı aktivlərinə isə həbs qoyulur.Teleqraf.com