Vağzala bomba qoyulması xəbəri yalan çıxdı

Vağzala bomba qoyulması xəbəri yalan çıxdı

21 Dekabr 2017 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

Mediainfo.az "Report"a istinadən xəbər verir ki, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub.

Bakı Dəmir Yolu Vağzalının binasındakı qurumların fəaliyyəti bərpa olunub.

Binaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.