Saxta diplomla işləyən bəzi müəllimlər işdə qalacaqlar

Saxta diplomla işləyən bəzi müəllimlər işdə qalacaqlar

2 Noyabr 2011 15:23
Bəyəndim (0) Bəyənmədim (0)
M.Mərdanov: "Biz 15 il işləyən müəllimlərin hamısını çölə tökə bilmərik"

Azərbaycanın Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında saxta diplomlarla əmək fəaliyyətini davam etdirən müəllimlər mövzusuna toxundu. O dedi: "Azərbaycanın orta məktəblərində lisenziyasız ali məktəblərin diplomu əsasında işləyən müəllimlərin əmək fəaliyyətinin davam etdirilməsi ilə bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək". Nazir onu da bildirdi ki, hazırda nazirlik tərəfindən orta məktəblərdə saxta diplomla işləyən müəllimlərin aşkar olunması üçün araşdırmalar davam etdirilir: "Biz 15 il işləyən müəllimlərin hamısını çölə tökə bilmərik. Onlarla bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək".

M. Mərdanov saxta diplomla işləyən müəllimlərlə bağlı mətbuatda yanlış informasiyaların getdiyini də deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hər hansı ali məktəbin verdiyi saxta diplomdan söhbət getmir: "Söhbət ondan gedir ki, müəyyən işbaz adamlar kabinetdə oturub diplom çap edib, müəyyən adamlara satıblar. Biz bu istiqamətdə çox ciddi addımlar atırıq və atacağıq".

Təcrübədə qazanılan bilik bəzən tədrisdə verilən təhsildən üstün olur...

Hafiz Əhmədov

O.M.