01.01.2011-ci ildə "Qızıl Meydan"da terror aktı hazırlanmışdı

01.01.2011-ci ildə "Qızıl Meydan"da terror aktı hazırlanmışdı

2 Noyabr 2011 15:11
Bəyəndim (0) Bəyənmədim (0)
Bu faktı bilərək gizlədən şəxslər məhkəməyə verildilər

Rusiya Baş Prokurorluğu bu ilin 01 yanvar günü Moskvanın "Qızıl Meydan"ında nəzərdə tutulan terror aktının gizlədilməsində şübhəli bilinən Sadir və Sultan Əbdülkərimovlar haqda məhkəməyə cinayət işi göndərib. Bu barədə İnterfax agentliyinə Baş Prokurorluğun rəsmisi Marina Qridnyova məlumat verib.

İstintaqın gəldiyi nəticəyə görə, 2010-cu ilin sonunda Moskvaya Zeynəb Suyunova adlı qadın gəlmişdi. Qadın kamikadze bayram gəzintisi zamanı insanların "Qızıl Meydan"da sıx toplaşacaqları ehtimalı ilə özünü partlatmağa hazırlaşırdı.

Bu dəfə terrorçu deyil, terrorçuların planları partladı...

Hafiz Əhmədov

O.M.