Azərbaycan daha bir beynəlxalq təşkilatın rəhbərliyinə seçilib

Azərbaycan daha bir beynəlxalq təşkilatın rəhbərliyinə seçilib

2 Noyabr 2011 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəmanov məlumat verir ki, ölkəmiz Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Ali Şurası Maliyyə Komitəsinin üzvü seçilib. Onun sözlərinə görə, Maliyyə Komitəsinə 155 ölkədən 6 ölkə üzv seçilib. IRENA Ali Şurasının 3 komitəsi fəaliyyət göstərir. Azərbaycan MDB dövlətləri arasında komitə üzvü seçilən yeganə ölkədir.

Qeyd edək ki, 2004-cü ildə yaradılan IRENA beynəlxalq təşkilat statusunu 4 aprel 2011-ci ildə qazanıb. Təşkilatın əsas məqsədi dünyanın gələcək enerjisi sayılan bərpa olunan enerjinin bütün formalarının IRENA üzvü olan ölkələrdə tətbiqi və davamlı istifadəsini təmin etməkdir. Azərbaycan 10 iyun 2009-cu ildən IRENA-nın üzvüdür.

Azərbaycan dünyaya ən yüksək səviyyədə inteqrasiya olunur...

Sərvər Aslanov

O.M.