"Yeni Müsavat" məhkəmədə "Azəriqaz"ı uddu

"Yeni Müsavat" məhkəmədə "Azəriqaz"ı uddu

2 Noyabr 2011 14:29
Bəyəndim (0) Bəyənmədim (0)
Ali Məhkəmə "Azəriqaz" İstehsalat Birliyinin "Yeni Müsavat" qəzetinə 10 min manat ödəməsi haqda məhkəmə qərarını qüvvədə saxladı

"Yeni Müsavat" qəzeti Bakıda fəaliyyət göstərən 100-ə qədər şadlıq sarayının qaz istehlakı ilə bağlı ödənişləri barədə "Azəriqaz"a sorğu göndərmişdi. Qafqazinfo-nun yaydığı məlumata görə, sorğuya cavab ala bilməyən redaksiya tələb olunan məlumatların qəzetə təqdim edilməməsi, aktual və operativ məlumatın dərc edilməməsi nəticəsində "Yeni Müsavat" qəzetinə dəymiş mühüm zərərin ödənilməsi məqsədilə cavabdehdən "Yeni Müsavat" qəzetinin xeyrinə 10000 manat məbləğində pul tutulması barədə məhkəmədə iddia qaldırdı. Xətai rayon məhkəməsi 2010-cu il 21 aprel tarixində çıxardığı qətnamə ilə qəzetin iddiasını təmin etdi. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.

Qanun hər şeydən alidir. Mətbuat haqqında qanun da həmçinin...

Hafiz Əhmədov

O.M.