Kanadada 75 min ev təsərrüfatı işıqsız qalıb

Kanadada 75 min ev təsərrüfatı işıqsız qalıb

20 Dekabr 2017 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

kanadada yağan güclü qar həyatı iflic edib. "AzPolitika.info"-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kanadanın qərbindəki "Britaniya Kolumbiyası" əyalətində güclü qar yağması səbəbilə 75 min ev təsərrüıatı işıqsız qalıb, nəqliyyatın fəaliyyəti pozulub.
Polisin məlumatına görə, pis hava şəraitinə görə, bir neçə yol-nəqliyyat qəzası baş verib. Vankuver aeroportunda onlarla reys təxirə salınıb və ya ləğv olunub.
Əyalətin məktəblərinin əksəriyyəti bu günü istirahət günü elan edib.