Xalq artistinin səhhəti yenidən pisləşdi

Xalq artistinin səhhəti yenidən pisləşdi

20 Dekabr 2017 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək. Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Azvision.az-a Xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.

"Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm".

Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər".

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.