VIDEO-Gürcüstanda lüt şəkillər çəkən fotoqrafı döydülər

VIDEO-Gürcüstanda lüt şəkillər çəkən fotoqrafı döydülər

2 Noyabr 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Tribuna.ge xəbər agentliyinin məlumatına görə, "new" üslubunda şəkillər çəkən Robert Kvelini adlı fotoqrafı Kutaisi şəhərində naməlum şəxslər möhkəm döydülər. Səbəb onun Sofiya Şadriqin adlı assistentinin lüt şəkillərini çəkməsi oldu. Fotoqraf Kutaisi meriyası üçün "Mən və mənim şəhərim" adlı foto- sessiya üzərində işləyirdi. Bu zaman 4 cavan oğlan onu dövrəyə alıb döydülər. Fotoqraf sir-sifəti tanınmaz halda xəstəxanaya yerləşdirilib.

Fikrimizcə, döyülmənin səbəbini anlamaq üçün video süjetə baxmağınız kifayətdir...

Fuad Borçalı

O.M.