AB ölkələrinin Azərbaycandakı səfirləri cəbhə bölgəsinə səfər ediblər

AB ölkələrinin Azərbaycandakı səfirləri cəbhə bölgəsinə səfər ediblər

2 Noyabr 2011 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyinə (AB) üzv ölkələrin Azərbaycandakı səfirləri və səfirlik nümayəndələri cəbhə bölgəsinə səfər ediblər. APA-nın səfər AB-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə baş tutub. Böyük Brityaniya, Latviya, Almaniya, Fransa, Litva, Yunanıstan, Norveç və digər diplomatik nümayəndəliklərin təmsilçiləri oktyabrın 31-i və noyabrın 1-də Füzuli rayonunda olublar. Diplomatlar rayon rəhbərliyi, yerli əhali, məcburi köçkünlərlə görüb, cəbhə bölgəsindəki vəziyyətlə tanış olublar. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin tez-tez pozulması görüşlərdə əsas müzakirə mövzularından biri olub. Diplomatlar artıq Bakıya qayıdıblar.

Atalar demişkən, eşitdiklərindənsə gördüklərinə inan...

Hafiz Əhmədov

O.M.