“Facebook”da Peyğəmbərimizi (s) təhqir etdiynə görə həbs edildi

“Facebook”da Peyğəmbərimizi (s) təhqir etdiynə görə həbs edildi

19 Dekabr 2017 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Dubayda Məhəmməd Peyğəmbəri(s) təhqir etmiş hindistanlı məhkəmənin qərarıyla 3 aylıq həbs cəzasına məhkum edilib.

34 yaşlı fəhlə "Facebook"da dərc etdiyi karikaturada Peyğəmbərimizi(s) istehza hədəfinə çevirməyə çalışıb. Bu haqda hüquq-mühafizə orqanlarına onun müsəlman həmkarı məlumat verib. Məhkəmə hindistanlıya 3 ay həbs cəzası kəsməklə yanaşı, karikaturanı paylaşdığı telefonu müsadirə edib və üstəlik, fəhləni 5 min dirhəm məbləğində cərimələyib.

Fəhlə paylaşdığı karikaturanın Peyğəmbəri(s) təhqir etdiyini bilmədiyini söyləyərək cinayəti etiraf etməkdən boyun qaçırıb. Buna rəğmən 3 aylıq həbsdən sonra islamofob hindistanlı Birləşmiş Ərəb Əmirliklərindən deportasiya ediləcək. (moderator.az)