Nazim Səmədov Mədəniyyət və Turizm nazirinin müavini təyin edilib

Nazim Səmədov Mədəniyyət və Turizm nazirinin müavini təyin edilib

2 Noyabr 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Nazim Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə təyin edilib. O bildirib ki, yeni təyinat noyabrın 1-də olub. N. Səmədov bu təyinata qədər Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.

Mədəniyyət və turizm Azərbaycanın dünyaya açılan qapısıdır...

Hafiz Əhmədov

O.M.