Sabiq baş nazirin oğlu evində ölü tapılıb

Sabiq baş nazirin oğlu evində ölü tapılıb

16 Dekabr 2017 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.

APAnın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etməsindən şübhə edilir.

Polis hadisə yerində araşdırma aparır. Hazırda ABŞ-da olan M. Yılmaz oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönmək üçün hərəkətə keçib.

Qeyd edək ki, Y. Yılmazın qardaşı Emir Hasan Yılmaz ilə "CFS İstanbul Yatırım A.Ş" bir şirkəti var. İki qardaş bir ara İstanbulda tikilən üçüncü hava limanında torpaq daşınması işi ilə də məşğul olub.

Y. Yılmaz teleaparıcı Neşe Sapmazla evli olub, 3 il sonra cütlük ayrılıb.