Özünü 13-cü mərtəbədən atan qızı tutmağa cəhd edən mühafizəçi həlak oldu

Özünü 13-cü mərtəbədən atan qızı tutmağa cəhd edən mühafizəçi həlak oldu

15 Dekabr 2017 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Alış-veriş mərkəzinin 13-cü mərtəbəsindən özünü atan qız mühafizəçinin üstünə düşüb.

Milli.az xəbər verir ki, intihar edən qızı xilas etməyə çalışan mühafizəçi hadisə yerindəcə keçinib.

Li Guowu adlı mühafizəçi qadın intihar edərkən vəzifə başında olub. O, səs-küyü eşitdikdə ümidsizcəsinə qızı fikrindən daşındırmağa çalışıb. Lakin qız ona əhəmiyyət verməyib və özünü 13-cü mərtəbədən atıb. O, qızı tutmağa çalışarkən qız onun üzərinə düşüb. Nəticədə qız və mühafizəçi ölüblər.

Çinin Shaanxi vilayətindəki ticarət mərkəzində baş verən qorxulu anlar mağazaların təhlükəsizlik kamerasına düşüb.

Əvvəllər hərbi qulluqçu olan Li ölümündən sonra medalla təltif olunub.

Qeyd edək ki, Li-nin 6 yaşlı övladı var.