Hillari Klintonun anası 92 yaşında öldü

Hillari Klintonun anası 92 yaşında öldü

1 Noyabr 2011 19:33
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ-ın dövlət katibi bu barədə bəyanat yayıb

ABŞ-ın dövlət katibi Hillari Klintonun anası Doroti Rodhem vəfat edib. "RİA Novosti" agentliyinin məlumatına görə, 92 yaşlı D. Rodhem gecə saatlarında dünyasını dəyişib. H. Klinton bununla bağlı bəyanat yayaraq, bütün qohumlarına və yaxınlarına başsağlığı verib. Qeyd edək ki, Hillari Klinton anasının vəfatı ilə əlaqədar Britaniya və Türkiyəyə səfərlərini təxirə salıb.

Hillari Klinton kimi övlad yetirmiş ana təbii ki, 92 il yaşamalı idi...

Hafiz Əhmədov

O.M.