Abxaz liderə sui-qəsd təşkil edənləri güllələdilər

Abxaz liderə sui-qəsd təşkil edənləri güllələdilər

14 Dekabr 2017 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Abxaziyada qondarma rejiminin rəhbəri Aleksandr Ankvabaya qarşı sui-qəsd törətməkdə ittiham olunan şəxsə silahlı hücum olub.

Naməlum şəxslər qətldə şübhəli bilinən Pavel Ardzinba və onun dostu Dmitri Xaqbanın olduğu avtomobili atəşə tutublar.

Hər iki şəxs xəsarət alıb.

Qeyd edək ki, 2012-ci il fevralın 22-də Ankvabaya qarşı təşkil edilən sui-qəsd zamanı iki polis əməkdaşı həlak olmuşdu. Qondarma rejimin rəhbəri isə hadisədən xəsarət almadan xilas olmuşdu. Teleqraf