Kanadada sərnişin təyyarəsi qəzaya uğradı

Kanadada sərnişin təyyarəsi qəzaya uğradı

14 Dekabr 2017 08:56
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadada "West Wind Aviation" şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb. Bu barədə "CBC" telekanalı xəbər verib. Hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub. İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur. Qəzanın səbəbləri araşdırılır. Apa