Bir tək onlar "qış rejminə" keçmədilər

Bir tək onlar "qış rejminə" keçmədilər

1 Noyabr 2011 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün dünyada gün işığından daha artıq yararlanmaq üçün reallaşdırılan "qış saatı" rejiminə Rusiya qatılmadı. Ancaq mobil telefon və kompüterlərin avtomatik olaraq bu qaydanı həyata keçirmələri Rusiyada bir çox vətəndaşın işə gecikməsinə səbəb oldu. Və belə çıxır ki, artıq Moskva ilə aramızda 1 yox, 2 saat fərq var. Bu durum gələn ilin mart ayına kimi davam edəcək.

Onu da xatırladaq ki, Dmitri Medvedyev gün işığından yararlanmanın iddia edildiyi ölçüdə olmadığını əsas gətirərək, "qış rejiminə" keçmə haqda qanunu pozaraq, əksini əks etdirən sənədə imzasını atıb.

Günel Həbib