Bakı-Quba yolunda avtobus qəzası: Yaralılar var

Bakı-Quba yolunda avtobus qəzası: Yaralılar var

11 Dekabr 2017 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Mediainfo.az APA-ya istinadən xəbər verir ki, magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusun digər avtomobillə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.