Belorusda qiymətlər nəzarətə götürüldü

Belorusda qiymətlər nəzarətə götürüldü

18 Aprel 2011 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

ИТАР-ТАССın yaydığı məlumata görə, Belorusda sosial əhəmiyyətli məhsulların və xidmətlərin siyahısı tərtib olunub və onların dövlət nəzarətində qaldığı bəyan edilib.

Hökumətin qərarına əsasən 14 adda ərzaq məhsulunun qiyməti dövlət tərəfindən tənzimlənəcək. Siyahıya aşağıdakı məhsullar daxildir: çörək, ət (mal və donuz), süd, quru ağartı qatqıları, uşaq üçün ət konservləri, qənd-şəkər tozu, un, makaron məhsulları, toyuq və yumurta, kərə yağı və sair. Bundan başqa kartof, kələm, yerkökü, soğan kimi tərəvəzlər də siyahıya daxil edilib.

Yanacaq, odun və sair məhsulların qiyməti də hökumət tərəfindən tənzim olunacaq.

Qiymətləri ancaq bolluq yaratmaqla tənzim etmək olar...

Könül Aypara

O.M.