Ermənilər Ağdamı atəşə tutdu: Zərərçəkənlər var

Ermənilər Ağdamı atəşə tutdu: Zərərçəkənlər var

8 Dekabr 2017 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini atəşə tutublar.

Düşmən ordusu işğal altında saxladığı ərazilərdən rayonun Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub.

Atışma zamanı xəsarət olmasa da, kənd sakinləri Vilayət Həsənov, Qaçay Xıdırov, Mehman Məmmədov və Yusif Səmədova məxsus evlərin dam örtüyünə və pəncərələrinə ziyan dəyib.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər./Apa