Bakının mərkəzində marşrut avtobusunda faciə

Bakının mərkəzində marşrut avtobusunda faciə

8 Dekabr 2017 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda marşrut avtobusunda ölüm hadisəsi baş verib. Mediainfo.az Lent.az-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Məcidov Ramiz Vahab oğlu Azneft meydanı – 9-cu mikrorayon xətti üzrə hərəkət edən 65 saylı marşrut avtobusunda qəfil ölüb.

Avtobus Murtuza Muxtarov 7 ünvanının qarşısından (Səadət sarayının yanı) keçərkən 60 yaşlı kişinin halı pisləşib. Digər sərnişinlər kömək etməyə çalışsa da, artıq gec olub. Təcili tibbi yardım xidməti hadisə yerinə gələndə Ramiz Məcidovun artıq vəfat etdiyi məlum olub.

İlkin məlumata görə, 60 yaşlı sərnişin ürək çatışmazlığından vəfat edib.