Tualetdə doğan məktəbli qız körpəni unitaza atmağa cəhd etdi

Tualetdə doğan məktəbli qız körpəni unitaza atmağa cəhd etdi

8 Dekabr 2017 09:14
206
Bəyəndim (0) Bəyənmədim (0)

Çelyabinsk vilayəti hüquq-mühafizə orqanlarının əməkdaşları Troitskidən olan məktəbli qızın tualetdə doğandan sonra oğlan dostunun məsləhəti ilə çağanı unitaza atmağı haqqında informasiyanı yoxlayır.

Yerli KİV-in məlumatına görə 15 yaşlı məktəbli qız Troitski yataqxanasının tualetində uşaq doğub və uşağın atası, 18 yaşlı gəncin məsləhəti ilə birlikdə yeni doğulmuş körpəni unitaza atmağa çalışıblar.

"Troitsk polis şöbəsində baş vermiş hadisə haqqında yoxlamalar aparılır. İlkin məlumatlara görə insident 5 dekabrda baş verib, bütün təfsilat yoxlanılır" - polis şöbəsində belə deyiblər.

DİN-dən verilən məlumata görə yoxlama yeni doğulmuş uşağın mümkün zədələnməsi faktının araşdırılması üzərində qurulub.

Moderator.az