Kembric universiteti Oksfordu geridə qoydu

Kembric universiteti Oksfordu geridə qoydu

18 Aprel 2011 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Böyük Britaniya Birləşmiş Krallığı 118 ali təhsil müəssisəsi arasında keçirilən reytinq sorğusunun nəticələrini açıqlayıb. Belə ki, Kembric universiteti əzəli rəqibi sayılan Oksford universitetini geridə qoyaraq, birinci yerə layiq görülüb.

Reytinq hesablanarkən elmi araşdırmalar, tələbələrin məmnunluq dərəcəsi, onların işlə təmin olunması, diplom işlərinin qiymətləndirilməsi və digər kriteriyalar əsas götürülüb.

Maraqlıdır ki, son 10 il ərzində Kembric artıq 2-ci dəfədir Oksfordu üstələyə bilir. İlk dəfə 2007-ci ilin göstəricilərində analoji hal yaşanmışdı.

İlk üçlüyü Londonun İmperiya kolleci tamamlayır. 4-cü, 5-ci yerlərə isə müvafiq olaraq London iqtisadi məktəbi və Darem universiteti layiq görülmüşlər.


Əgər siz də təhsilinizi yüksək səviyyədə almaq istəyirsinizsə, bu ali təhsil müəssisələrinin birinə daxil ola bilərsiniz. Əlbəttə ki, pulunuz varsa...

Könül Aypara

O.M.