Rusiya 9 medianı xarici agentlər siyahısına saldı

Rusiya 9 medianı xarici agentlər siyahısına saldı

5 Dekabr 2017 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ədliyyə Nazirliyi ölkədəki 9 kütləvi informasiya vasitəsini xarici agentlər siyahısına daxil edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya nazirliyin saytında yerləşdirilib. Siyahıda xüsusilə "Amerikanın səsi" radiosu, "Azadlıq radiosu", "Nastoyaşeye Vremya" televiziyası, "Azadlıq" radiosunun tatar-başqırd xidməti, "Sibir Realii", "İdel Realii", "Faktoqraf", "Qafqaz Realii" və "Krım Realii" saytları yer alıb.