Türkiyəni ayağa qaldıran olay – Video

Türkiyəni ayağa qaldıran olay – Video

4 Dekabr 2017 10:13
154
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrinin Ərzincandakı hərbi hissələrindən birində çəkilən görüntülər ölkəni ayağa qaldırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tvitterdə paylaşılan görüntülərdə hərbi hissənin giriş qapısında mülki geyimli şəxsin pişiyə etdiyi vəhşilik əks olunub.

Həmin şəxs köməksiz heyvana bir neçə zərbə vurub və onu tapdalayıb.

Təhlükəsizlik kamerasına düşən görüntülərdən sonra Türkiyə Müdafiə Nazirliyi hərəkətə keçib. Araşdırmalar zamanı həmin şəxsin məzuniyyətdən qayıdan əsgər olduğu müəyyən edilib.

Həmçinin qeyd edilib ki, həmin şəxs içkili olub. Onun həbs olunduğu bildirilib.

Görüntüləri təqdim edirik: