Bakıya çiskinli yağış yağacaq, rayonlarda güclü külək əsəcək

Bakıya çiskinli yağış yağacaq, rayonlarda güclü külək əsəcək

3 Dekabr 2017 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 04-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Mesiainfo/az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yarımadada havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.