Moskvada aviareyslər təxirə salındı

Moskvada aviareyslər təxirə salındı

1 Dekabr 2017 23:08
Bəyəndim (0) Bəyənmədim (0)

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, "Domodedovo" aeroportunda 21, "Şeremetyevo"da 77, "Vnukovo"da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. "Şeremetyevo" hava limanında 35 uçuş ləğv edilib. Sinoptiklər Moskvada güclü külək və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.