ABŞ xəlvəti surətdə Suriya müxalifətini maliyyələşdirirmiş

ABŞ xəlvəti surətdə Suriya müxalifətini maliyyələşdirirmiş

18 Aprel 2011 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

"ИТАР-ТАСС"ın Vaşinqton Post qəzetinə istinadən bu gün yaydığı məlumata görə, ABŞ məxfi surətdə Suriya müxalifətçilərini maliyyələşdirirmiş. Bu xəbər qəzetə Vikiliksdən ötürülüb.

Dövlət departamentinin xətti ilə 2006-cı ildə xaricdə yaşayan müxalifətçi suriyalılara 6 milyon dollar vəsait köçürülüb. Həmin vəsait Suriyaya xitab edən "Barada TV"-nin inkişafına yönəldilib. Londondan efirə çıxan kanalın əsas məqsədi Bəşər Əsəd siyasətini tənqid etmək olub. Pullar həmçinin Suriyada fəaliyyət göstərən müxalifətin təşkilatlanmasına yönəldilib.

ABŞ Dövlət Katibinin müavini Tamara Uitts bu barədə açıqlamasında deyib: "Suriya və digər ölkələrdə öz hökumətlərindən islahat gözləyən çoxlu sayda təşkilat var. Biz onların təşəbbüsünü dəstəkləməyə hazırıq."

ABŞ dünya ölkələrinin taleyini həll etmək kimi məsuliyyətli bir işin altına girib. Amma işlər çoxaldıqca bu yükün altında əzilib qalacaq.

Elvin Babayev

O.M.