Pakistanda terrorçular universitetə hücum etdilər — 9 ölü, 37 yaralı

Pakistanda terrorçular universitetə hücum etdilər — 9 ölü, 37 yaralı

1 Dekabr 2017 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda terrorçular universitetə silahla hücum ediblər.

Kənd təsərrüfatı universitetinə məxsus paltar geyinən 4 terrorçu yataqxanada atəş açıb. Hücum nəticəsində ən azı 16 tələbə yaralanıb. "Taliban" qruplaşması hücuma görə məsuliyyəti boynuna götürüb.

Hadisə Peşaver şəhərində baş verib. Atəş səslərindən sonra əraziyə polis cəlb edilib. Yataqxanadan partlayış səsi də eşidilib. İki saatlıq silahlı toqquşmadan sonra terrorçular məhv edilib. Polisə xüsusi təyinatlılar da dəstək verib.

Bildirilir ki, ən azı 9 nəfər həlak olub. 37 nəfər isə xəsarət alıb. Olke.az