"Azərbaycan əhalisinin 6 faizi əlildir"

"Azərbaycan əhalisinin 6 faizi əlildir"

1 Dekabr 2017 11:54
168
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan əhalisi sağlamdır. Bunun nəticəsidir ki, Azərbaycanda əlil insanların sayı ümumi əhalinin 6%-ə qədərini təşkil edir ki, bu da dünya səviyyəsində çox aşağı nəticədir".

Mediainfo.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, bu rəqəmin 6% təşkil etməsinin də bir sıra səbəbləri var: "İlk növbədə Qarabağ müharibəsi əhali arasında əlil şəxslərin sayına ciddi təsir etdi. Etiraf edək ki, həmin o əlilliyi olan şəxslərin ailələrində dünyaya gələn körpələr arasında da əlil, sağlamlıq imkanları məhdud uşaqların sayı çoxdur. O zaman bu rəqəm daha da aşağı düşə bilərdi. Təəssüflər olsun ki, düşmədi. Müəyyən məsələlər var ki, biz bunları bilirik... Bunlar uşaqlar arasında məhdudluğun sayının artırılmasına gətirib çıxarır ki, bunlardan da biri qızların daha erkən yaşlarda qanundankənar izdivaca girmələri, daha erkən yaşda uşaq dünyaya gətirmələri, qohumluq əlaqələrinə əsaslanan ailələrin qurulmasıdır. Düzdür, bunların sayı getdikcə azalır, amma hər halda bu hallar cəmiyyətdə müşahidə olunmaqdadır. Biz bu problemlərin həllinə çalışacağıq".