Obama zarafatın qurbanı oldu

Obama zarafatın qurbanı oldu

18 Aprel 2011 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya ştatında Respublikaçılar partiyasının üzvünün zarafatı böyük reaksiyaya səbəb oldu. Marilin Davenportun dostlarına göndərdiyi internet məktubundakı bu şəkil tezliklə hər kəsə yayıldı. Rəsmdə Amerikanın ilk Afro-Amerikalı prezidenti Barak Obamanın rəngi və irqinə istehza ilə yanaşılmış, o, ata-anası ilə birlikdə bir meymuna bənzədilmişdir. İnternetdə bu görüntülər yayımlandıqdan sonra Respublikaçılarla bərabər Müxalifətçilər də Marilini irqçilikdə günahlandıraraq, tənqid atəşinə tutdular.

Fotonun altında "Şəhadətnaməmin nəyə görə olmadığını artıq bilirsiniz" kəlmələri də yer almaqdadır. Haqqında irqçilik şikayəti ilə cinayət işi açılacağını bilən Davenport, "Hamı mənim irqçi olmadığımı bilir. Bu sadəcə bir zarafat idi", - deyə özünə bəraət qazandırmağa çalışır.

Qara qızın dərdi var imiş. Sən demə, qaradərili prezident bəzi silahdaşlarını ağ günə çıxarda bilmədiyi üçün ondan narazı olanlar da var...

Günel Həbib

O.M.