159 km-lik insan zənciri

159 km-lik insan zənciri

18 Aprel 2011 11:01
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar xərçəngə tutulmaq istəmirlər

Türkiyənin Mersin şəhərində may ayında təməli atılması planlaşdırılan "Akkuyu" nüvə stansiyası yüzlərlə insanı ayağa qaldırdı. 30 ayrı nöqtədən gələn və birlikdə "Türkiyə Yaponiya olmasın!", "Atom elektrik stansiyası istəmirik" şüarları səsləndirən etirazçılar aksiya keçirtdilər. Mitinqə sıravi vətəndaşlardan savayı CHP millət vəkilləri də qatıldılar. Onlar yekdilliklə ölkələrində nüvə stansiyası istəmədiklərini vurğuladılar. Hətta nümayişçilərdən biri - 28 yaşı olmasına baxmayaraq, 10 yaşlı uşaq kimi görünən Taşdemir bunları açıqladı: "İki qızım və yoldaşım xərçəngdən öldü. Mən özüm də xərçəngəm. Bu xəstəliyə düçar olmağımıza səbəb Çernobıldan Qara dənizə gələn qara - radiasiyalı buludlar səbəb oldu. Akkuyuda stansiya tikilməsinin tərəfdarı deyilik. Mənim ailəm xərçəng oldu, başqa ailələr olmasın! Ölməsin!"

Dövlət rəsmiləri isə stansiyanın tikilməsində qərarlıdırlar!..

Günel Həbib

O.M.