Sabiq MTN əməkdaşının məhkəməsi oldu

Sabiq MTN əməkdaşının məhkəməsi oldu

27 Oktyabr 2017 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gülhüseyn Tahirov ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız C.İbayevi tanıyır: "Qardaşım həbsdə idi, Bakıya gəlib vəkil tutduq. Dedilər ki, qardaşımın həbsdən azad edilməsi üçün 60 min manat pul lazımdır. Eldənizlə rayona gedib, pulu gətirdik, Ceyhunun evində ona verdik. Səhərisi gün Ceyhun pulu götürüb, getdi və bizə dedi ki, "sizlik iş yoxdur çıxın rayona gedin". O dedi ki, guya 4 gündən sonra qardaşım həbsdən azad olunacaq, amma sözünün üstündə durmadı".

Şahid söyləyib ki, qardaşı avradı 4 ildi pulu geri ala bilmir.

C.İbayev qeyd edib ki, həmin şəxslər pulu ona verəndən sonra rayona getmələrini deməyib.

Şahid qismində digər şahid Eldəniz İsayev dindirilib. Onun sözlərinə görə, təqsirləndirilən C.İbayev onun dayısıdır: "Onun etdiyi əmələ görə, bağışlamıram. Mənə elə söz deyib ki, dayımı bağışlaya bilmərəm".

Şahid söyləyib ki, zərərçəkmiş Səriyyə Tahirova Gülhüseyn Tahirovla birlikdə 60 min manat pulu dayısı C.İbayevə verib.

Məhkəmənin növbəti iclası noybarın 7-nə təyin edilib.

Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. V.Əsədov isə

Pentensiar Xidmətini sabiq əməkdaşı vəzifsində çalışıb.