“Bakı Metropoliteni”ndə problem: Qatarlar gecikir

“Bakı Metropoliteni”ndə problem: Qatarlar gecikir

27 Oktyabr 2017 09:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarından "Bakı Metropoliteni"ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, bu gün səhər saat 6-dan depodan gələn qataraların qəbulunda gecikmə olub, buna görə bir sıra problemlər yaşanıb. Buna görə səhər saatlarında qatarların sayı az olub. Amma problem tezliklə aradan qaldırılıb. Hazırda qatarlar arasında interval normaldır.