Kiyevdə partlayış: Deputat yaralandı

Kiyevdə partlayış: Deputat yaralandı

26 Oktyabr 2017 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevdə baş verən partlayış nəticəsində Ali Radanın deputatı, "Radikal" partiyanın təmsilçisi İqor Mosiyçuk yaralanıb.

Оxu.Az bu barədə "112 Ukrayna" telekanalına istinadən xəbər verir.

İqor Mosiyçuk "Espresso" telekanalının binasından çıxdığı zaman yolun kənarında avtomobil partlayıb. Hadisə nəticəsində yaralanan deputat xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti barədə hələlik məlumat verilmir.