Türkiyə Afrin şəhərinə hücuma hazırlaşır

Türkiyə Afrin şəhərinə hücuma hazırlaşır

26 Oktyabr 2017 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyada PYD (Demokratik Birlik Partiyası) bölmələrinin nəzarəti altında olan Afrin şəhərinə hücuma hazırlaşır.

Trend xəbər verir ki, bundan əvvəl bölgədə yeni hərbi əməliyyatların "Azad Suriya Ordusu" ilə birgə aparılacağı bildirilirdi.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində yeni hərbi əməliyyatların mümkünlüyü barədə bəyanat vermişdi.