Lerikdə yaşayış evi uçdu

Lerikdə yaşayış evi uçdu

26 Oktyabr 2017 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Lerik rayonunda yaşayış evi uçub.

Mediainfo.Az report-a istinadən xəbər verir ki, rayonun Pirzəkücə kəndində 59 yaşlı Fərziyeva Xanımnisə Hənifə qızına məxsus evin bir otağının divarları uçub. Kənd sakinlərinin bildirdiyinə görə, ev hələ 7-8 il əvvəldən qəzalı vəziyyətdə olub.

Lakin 4 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Evin bütün əşyaları uçqun altında qalsa da, xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alan olmayıb.

Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib.